fbpx

​Ukraynanın silahlı dəstələri Rusiyaya hücum etdi

BEY.AZ informasiya agentliyi xəbər verir



Ukraynanın silahlı dəstələri Belqorod sərhədindən Rusiyanın ərazisinə soxulmağa cəhd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bildirib ki, Rusiya ordusu hücumları dəf edib. Ukraynanın Rusiyanın bəzi ərazilərini işğal etməyə cəhd etdiyini qeyd edən Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bəzi bölmələri, Sərhəd Mühafizəsi və Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birlikdə hücumun qarşısını alıb.

“Moskva vaxtı ilə saat 03:00 radələrində Belqorod vilayətində mülki obyektləri güclü bombardman etdikdən sonra Ukraynanın terrorçu birləşmələri tanklarla gücləndirilmiş 2 motoatıcı diviziyadan ibarət qüvvələrlə Novaya Tavoljanka və Şebekino beynəlxalq avtomobil keçid məntəqəsi yaxınlığında Rusiya Federasiyasının ərazisini işğal etməyə cəhd göstərib. Terror qruplarının 3 hücumu dəf edilib” – Konaşenkov deyib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukraynanın #silahlı #dəstələri #Rusiyaya #hücum #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu