fbpx
Xəbərlər

Meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verildi


“Qalatasaray”la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” haqda qərar verilib.

BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, İntizam Komitəsinin qərarına əsasən, “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, komanda 4 milyon lirə, Ahmet Ketençi isə 520 min lirə cərimələnib.

Qeyd edək ki, “Fənərbaxça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu