fbpx

Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani və ölkə Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə M.Cabbarov tviterdə yazıb.

“Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”, – nazir qeyd edib.

Eyni zamanda ölkə Əmirinin şəxsi nümayəndəsi ilə görüşünə də toxunan M.Cabbarov orada Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdığını, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardığını vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu