fbpx

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər.

Bu barədə Metbuat.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlament sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDP PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputatlar Rüfət Quliyev, Malik Həsənov və Mixail Zabelin qurumun İqtisadiyyat və maliyyə, Nəzarət-büdcə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Millət vəkilləri MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək “Dağlıq ərazilərin davamlı inkişafı” adlı beynəlxalq forumun işində iştirak edəcəklər.

Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 15-də başa çatacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Milli #Məclisin #deputatları #MDB #PAnın #tədbirlərində #iştirak #edəcəklər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu