fbpx

Müğənni Tina Terner vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir



Tanınmış ABŞ əsilli isveçrəli müğənni Tina Terner vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Tina əvvəllər gecə klublarında müğənni kimi səhnəyə çıxsa da, sonradan gələcək həyat yoldaşı gitaraçı İka Terner onun istedadını kəşf edib.

Daha sonra o, İka Ternerin yaratdığı qrupa vokalist olaraq qoşulur və solo karyerasına qədər artıq burda – “İke and Tina Turner Revue” qrupunda aparıcı müğənni kimi şöhrət qazanır.

“Let’s Stay Together” mahnısı isə müğənninin karyerasında əsaslı dönüş nöqtəsinə səbəb olur. O, bununla da, solo ifaçılıqda dünya şöhrəti qazanır. Bu ifa ilə o vaxtın ingilis “Top 10″una daxil olur. O, “Rok and Roll Kraliçası” olaraq adlandırılıb.

Dünya şöhrətli müğənni 2 Qremmi mükafatının sahibidir.

Tina Terner müğənnilikkə yanaşı özünü filmdə və yazıçılıqda da yoxlayıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müğənni #Tina #Terner #vəfat #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu