fbpx
Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na uyğun olaraq keçirilən komanda-qərargah təlimi başa çatıb.

Bu barədə Metbuat.az-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən komanda-qərargah təliminin sonuncu mərhələsində döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə bölmələrin qarşılıqlı fəaliyyəti koordinasiya edilib, qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, birləşmə və hissələrin fəaliyyətləri, qərarların və hesablamaların reallığı kompüterlər vasitəsilə qiymətləndirilib.

Təlimin son mərhələsində şərti düşmənin terror qruplaşmalarının zərərsizləşdirilməsində uzlaşmış fəaliyyətlərə nail olunduğu bildirilib, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu