fbpx

Naxçıvanda beş Mənzil İstismar İdarəsinin rəisi işdən çıxarılıb, yeni təyinatlar olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan şəhərində yerləşən 5 Mənzil İstismar İdarəsinin rəisi vəzifədən azad olunub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq həmin vəzifələrə Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

Bundan əlavə, Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə isə Ayxan Məmmədov təyin olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #beş #Mənzil #İstismar #İdarəsinin #rəisi #işdən #çıxarılıb #yeni #təyinatlar #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu