fbpx

Nazirlik “İdman Sağlamlıq Mərkəzi” MMC-yə direktor axtarır

BEY.AZ informasiya agentliyi xəbər verir


Gənclər və İdman Nazirliyi daha bir idman qurğusuna direktor elanı verib.

Metbuat.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-yə direktor vəzifəsinə təkrar sənəd qəbuluna başlanılıb.

Namizədlər ali təhsilli, minimum 6 il iş stajına malik və yaş həddi 55-dək olmalıdır.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Bu vakansiya üzrə daha öncə müraciət etmiş və müsahibəyə dəvət olunmuş namizədlər təkrar sənəd göndərə bilməz.

Qeyd edək ki, Müşfiqabad İdman Sağlamlıq Mərkəzi 2010-cu ilin sentyabrın 18-də açılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu