fbpx
Xəbərlər

Neft bahalaşır, maaş və pensiyalar artacaq?

BEY.AZ informasiya agentliyi xəbər verir


Son 3 ayda neftin dünya bazar qiyməti 22% yüksəlib. Artıq “Brent” markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, “OPEC+” alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.

Metbuat.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Millət vəkili neftin bahalaşmasının əməkhaqqı və pensiya ödənişlərinə təsirini şərh edib:

“Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də, fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir. Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.

Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Neft #bahalaşır #maaş #və #pensiyalar #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu