fbpx

Norveçli atlet dünya rekorduna imza atdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Belçikada keçirilən qaçış üzrə Brilyant Liqasında yeni dünya rekordu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, 22 yaşlı norveçli atlet Yakob İnqebrigtsen 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.İngebrigtsen bu məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur.

Həmçinin atlet dördqat Avropa çempionudur.

Bundan əvvəlki dünya rekordu 1999-cu ildə 4 dəqiqə 44,79 saniyə ilə mərakeşli atlet Hişam əl Qerruja məxsus olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Norveçli #atlet #dünya #rekorduna #imza #atdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu