fbpx
Xəbərlər

Oğlunun batdığını zənn edən ata gördüyü mənzərə qarşısında şok keçirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin Sparta şəhərində hər kəsi kövrəldən hadisə yaşanıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu gün saat 15-00 radələrində Yusuf Yiğit adlı azyaşlı atası Murat Özen ilə birlikdə Eğirdir gölünə üzməyə gəlib.

O, bir müddət göldə üzdükdən sonra gözdən itib.

Uşağının göldə olmadığını görən ata 112 xilasetmə mərkəzinin qaynar xəttinə zəng edib. Hadisə yerinə polis əməkdaşları və axtarış-xilasetmə qrupları çağırılıb.

Daha sonra 14 yaşlı Yusufun axtarışına başlanılıb.

Xilasedicilər Yusufu Yazla sahillərində axtardığı halda, onun Askeri Yazlık Gazino sahilində üzdüyü müşahidə edilib.

Göldən çıxarılan uşağı polislər atasına təslim ediblər. Oğlunun göldə boğulduğunu zənn edən ata onu qarşısında sağ görən zaman şok keçirib. O gözyaşlarının saxlaya bilməyərək kövrəlib.

Atanın bu halı ətrafdakı hər kəsi kövrəldib. Göz yaşlarına hakim ola bilməyən ata təcili tibbi yardım vasitəsilə Eğirdir xəstəxanasına aparılırıb. Verilən son məlumatlara əsasən, ata ilə oğlunun səhhəti qaydasındadır.

Ətraflı videoda:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Oğlunun #batdığını #zənn #edən #ata #gördüyü #mənzərə #qarşısında #şok #keçirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu