fbpx
Xəbərlər

Özbəkistan MN-nin nümayəndə heyəti Bakıya gəldi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olub.

Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Özbəkistan #MNnin #nümayəndə #heyəti #Bakıya #gəldi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu