fbpx

“PAŞA Holdinq” “Kapital Bank”dakı payını artırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“PAŞA Holdinq” MMC “Kapital Bank” ASC-dəki payını 79,55%-dən 81,08%-ə çatdırıb.

Metbuat.az xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının daha 20 milyon manat və yaxud 8,1 % artırılaraq 245,85 milyon manatdan 265,85 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni səhmin 1 612 129-nu holdinq alıb. Bununla da, şirkətlər qrupunun nəzarətində olan qiymətli kağızların sayı 15 785 289-dan 17 397 418-ə çatıb. Digər hüquqi və fiziki şəxslər isə 2 076 səhm əldə edərək qiymətli kağızlarının sayını 4 057 326-dan 4 059 402-yə çatdırıb.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#PAŞA #Holdinq #Kapital #Bankdakı #payını #artırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu