fbpx

Paytaxt yollarındakı mövcud vəziyyət AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Metbuat.az-a Mərkəzdən bildirilib. Qeyd edilib ki, hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Tbilisi prospekti – şəhər və “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

2. Alı Mustafayev küçəsi – “Velotrek”in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda sıxlıq;

3. Rövşən Cəfərov küçəsi – 3 mkr dairəsindən 20 yanvar dairəsinə qalxan yolda sıxlıq;

4. Ziya Bünyadov prospekti – Müzəffər Həsənov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

5. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

6. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

7. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

8. Heydər Əliyev prospekti – “Koroğlu” metrostansiyasının yanından şəhər istiqamətində köməkçi yolda sıxlıq;

9. Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

10. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq;

11. İstiqlaliyyət küçəsi – Azneft dairəsi istiqamətində sıxlıq;

12. Koroğlu Rəhimov küçəsi – ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu