fbpx

Polşa, Sloveniya və Çexiya Ukraynaya dəstək planını açıqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Polşanın Baş naziri Mateuş Moravetski Polşa, SloveniyaÇexiyanın bütün Rusiya banklarının SWIFT-dən çıxarılmasını, ölkənin bütün beynəlxalq təşkilatlardan xaric edilməsi və Rusiya vətəndaşları üçün vizaların dayandırılması, habelə hakim “Vahid Rusiya” Partiyasının nümayəndələrinə qarşı sanksiya paketini təklif edən “Ukraynaya dəstək üçün on bəndlik plan” hazırladığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə polşalı siyasətçi “Politico” nəşrində yazdığı məqaləsində qeyd edib.

Rusiyanın bütün banklarının SWIFT-dən çıxarılması ilə çıxış edən Baş nazir yazıb: “Əks halda Rusiya iqtisadiyyatı bir neçə həftə ərzində yeni şərtlərə uyğunlaşacaq”.

Siyasətçi Rusiya gəmiləri üçün limanlara girişin, həmçinin avtomobil nəqliyyatı üçün Rusiyaya giriş və çıxışın bağlanmasını, oliqarxların bütün biznes mühitinə qarşı sanksiyaların tətbiqini təklif edir.

Həmçinin Aİ-yə daxil olmaq istəyən bütün Rusiya vətəndaşları üçün vizaların dayandırılması təklif edilir. Moravetski “Vahid Rusiya” Partiyasının bütün üzvlərinə qarşı sanksiyaların tətbiqinə, hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyaların Rusiyaya ixracına tam qadağa qoyulmasına və son olaraq Rusiyanın bütün beynəlxalq təşkilatlardan kənarlaşdırılmasına çağırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin