fbpx

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.

Sərəncamla Ədliyyə Akademiyasının rektoru vəzifəsinə Şahin Məhərrəm oğlu Əliyev təyinat alıb.

Metbuat.az oxu.az-a istinadən Ədliyyə Akademiyasının yeni rektoru Şahin Əliyevin dosyesini təqdim edir:

Şahin Əliyev bu təyinatadək Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. O, həmin vəzifəyə 29 noyabr 2019-cu il tarixində təyin edilmişdi.

Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi yenicə ləğv edilib.

Ş.Əliyev daha əvvəl Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

O, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib.

Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur.

1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.

1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.

O, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib.

Ş.Əliyev hüquq elmləri namizədidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu