fbpx
Xəbərlər

PSJ ilə müqaviləsini uzadan Mbappedən ŞOK: Ulduz futbolçunun qovulmasını tələb etdi

BEY.AZ informasiya agentliyi xəbər verir

“Paris Sen-Jermen” klubu ilə yeni razılaşma imzalayan edən Kilian Mbappenin şok tələbi üzə çıxıb.

Metbuat.az “Daily Mail”ə istinadən xəbər verir ki, Mbappe Neymar və baş məşqçi Poçettinonun da aralarında olduğu 14 nəfərin klubdan göndərilməsini tələb edib. İddialara görə, Mbappe tələbini klub rəhbərliyinə bildirib. Bildirilir ki, məsələ müqavilə danışıqlarının davam etdiyi vaxtda gündəmə gəlib. Klub rəhbərliyinin Mbappenin tələbinə necə cavab verdiyi məlum deyil.

Lakin iddia edilir ki, Mbappe “Paris Sen-Jermen” ilə müqaviləsinin müddətini artırdığına görə, böyük ehtimalla klub rəhbərliyi futbolçunun istəyinə müsbət yanaşıb. Qeyd edək ki, “Real Madrid”ə transfer olması gözlənilən Mbappe, fransız təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. O, ildə 100 milyon avro məvacib alacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu