fbpx

Putin ona general-mayor rütbəsi verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidenti Vladimir Putin Çeçenistan parlamentinin sədri Maqomed Davudova Daxili İşlər Nazirliyinin general-mayoru rütbəsinin verilməsi haqqında fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, parlamentdəki “məhsuldar fəaliyyətlə” yanaşı, Davudov Ukraynada hərbi əməliyyatlar üzrə yerli qərargahın işinə “bacarıqlı və səmərəli” nəzarət edir.

“O, Çeçenistan Respublikasından olan hərbi qulluqçuların və təhlükəsizlik qüvvələrinin lazımi forma, döyüş sursatı, avadanlıqla təmin edilməsinə yönəlmiş geniş spektrli məsələlərlə yanaşı, qərargah könüllülərin hazırlanması və göndərilməsinə də cavabdehdir”, – deyə Ramzan Kadırov yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #ona #generalmayor #rütbəsi #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu