fbpx
Xəbərlər

Qənirə Paşayevanın ən böyük arzusu bu olub

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, “pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam”. Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi”.

Metbuat.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya əməkdar artist Elza Seyidcahan Milli Məclisin deputatı Qənirə Paşayevanın vaxtsız vəfatı haqqında danışarkən deyib. O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi:

“Qənirə xanımın 15-ə yaxın sözlərinə mahnı bəstələmişəm. Böyük bir yaradıcılıq yolu keçmişik. Mahnıların arasında ən çox sevdiyi də “Həyat, küsmə” idi. Deyirdi, istəmirəm insanlar küssün, intiharlar olsun. Doğrudan da bu mahnı nə qədər şəxsi intihardan döndərib. Amma Qənirə xanım qəfil gedişi ilə çox insanları həyata küsdürdü. Hamıya analıq edirdi, indi irili-xırdalı hamı anasız qaldı. Hətta öz doğma anasına da analıq edirdi”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qənirə #Paşayevanın #ən #böyük #arzusu #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu