fbpx
Xəbərlər

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Bakıya ZƏNG ETDİLƏR

BEY.AZ informasiya agentliyi xəbər verir


Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub.

Metbuat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər “Qaynar xətt”ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər.

Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.

“Əvvəlki aylarda “Qaynar xətt”imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar”, – deyə Dilarə Əfəndiyeva vurğulayıb.

Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən “qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #erməniləri #vətəndaşlıq #almaq #üçün #Bakıya #ZƏNG #ETDİLƏR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu