fbpx

“Qarabağ” Fransada: Növbəti darmadağının qoxusu gəlir

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə meydana çıxacaq “Qarabağ”ın budəfəki rəqibi “Nant”dır.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdamlılar Fransa kubokunun son qalibini təxminən ayyarım əvvəl – sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunun qazonuna ayaq basmağa peşman etmişdi – 3:0.

Həmin vaxt “Qarabağ”a qələbə hava-su kimi lazım idisə, bu dəfəki vəziyyət nisbətən fərqlidir. “Köhlən atlar” son 2 matçdakı nəticədən asılı olmayaraq, Avropa Konfrans Liqasındakı çıxışını təmin edib.

Qrupda 7 xalla 2-ci sırada yer alan Qurban Qurbanovun yetirmələrinə Avropa Liqasında növbəti mərhələyə adlamaq üçün 1 xal da bəs edir.

3 xalla 3-cü sırada yer alıb özündən öndə “Qarabağ”ın əzəmətini, arxasında 1 xala sahib “Olimpiakos”un nəfəsini hiss edən “Nant”ın məşqçi və futbolçuları Azərbaycan çempionu ilə oyuna 3 xal həvəsi ilə yanaşır. Mümkün qələbə qrupdakı ümumi vəziyyətə ciddi mənada təsir edəcək.

Söhbət bugünkü “Nant”dan gedirsə, rəqibin və təmsil etdiyi ölkənin adından çəkinməyə dəyməz. Antuan Kombuarenin rəhbərlik etdiyi komandanın hazırkı durumu heç də xoş deyil.

“Sarı-yaşıllar” sentyabrın 15-də “Qarabağ”la keçirdiyi oyundan sonra Liqa-1-də və Avropa Liqasında 7 görüşə çıxıb. 2-si avrokuboklarda, 5-i Fransa çempionatında.

Diqqət yetirək:

“Nant” – “Lans” 0:0

“Monako” – “Nant” 4:1

“Frayburq” – “Nant” 2:0

“Renn” – “Nant” 3:0

“Nant” – “Frayburq” 0:4

“Nant” – “Brest” 4:1

“Nitsa” – “Nant” 1:1

Göründüyü kimi, “Nant” bu oyunların yalnız 1-də qalib gəlib. 2 dəfə heç-heçə etdiyi halda, 4 qarşılaşmada məğlub olub.

Və bu 4 oyundan 3-də darmadağın olub. Top fərqinə gəlincə, “Qarabağ”ın rəqibi son 7 qarşılaşmada rəqib qapılarından 6 top keçirdiyi halda, öz qapısından 15-ni buraxıb.

Odur ki, “Nant”dan çəkinməyə dəyməz. “Qarabağ” ilk dəqiqələrdən “maşını işə salsa”, hətta fransızları öz meydanında böyük hesabla da məğlub edə bilər.

Oktyabrın 27-də baş tutacaq “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu