fbpx

Qarabağda erməni əsilli vətəndaşların hüquqlarının təmini məsələsi dövlətimizin yurisdiksiyasındadır

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı çoxdankı nifrət siyasətini davam etdirir:

“Əvvəlki açıqlamalarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir. Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələrin qərəzli şəkildə şişirdilməsi və insanlar arasında nifaq salması regionda davamlı sülh prosesinə mane olur və eyni zamanda mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağda #erməni #əsilli #vətəndaşların #hüquqlarının #təmini #məsələsi #dövlətimizin #yurisdiksiyasındadır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu