fbpx

Qarda gəlin gətirən videosu ilə məşhurlaşdı: Astaradakı bəy KİMDİR?

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Toyumdan çəkilən şəklin sosial şəbəkələrdə belə geniş yayıldığını bilmirdim. Düzü, heç istəmirdim də yayılsın”.

Metbuat.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında qarlı havada Astaranın Hamoşama kəndindən Motlayataq kəndinə piyada gəlin aparan İrasət Bəyəliyev deyib.

İrasət bəy sosial şəbəkələrdə maraqla qarşılanan fotosunun qohumları tərəfindən çəkildiyini və paylaşıldığını söyləyib.

Bundan əlavə, o, həyat yoldaşı Aynur xanımı 1-2 il bundan əvvəl görüb-bəyəndiyini də etiraf edib:

“Həyat yoldaşımla qohum deyilik, qonşu kəndlərdə yaşayırıq. Düzü, ilk dəfə harada gördüyümü xatırlamıram. İlk gördüyüm gündən çox bəyəndim və həmin gündən də əlaqə yaratmağa çalışdım. O gündən bu günə gəldik”.

Doğrudur, əksər hallarda kəskin hava şəraiti xeyir işlərə mane olur. Amma İrasət bəy toy məclisinin yanvarın 16-da olmasına israr edib:

“Yanvarın 15-də Aynur xanımgilin həyətlərində qız toyu oldu. Yanvarın 16-da isə oğlan toyu oldu. 12 ildir hərbçiyəm. İş yoldaşlarım mənə görə həmin gün icazə almışdılar. Bu səbəbdən toyu saxlamaq haqqında heç düşünmədim də”.

Ordu sıralarında MAXE kimi xidmət etdiyini diqqətə çatdıran İrasət bəy hesab edir ki, toy günü qarın yağması qismətə bağlıdır.

“Şükür Allaha ki, toyu qəzasız, xətasız yolaverdik. Heç kim ziyan çəkmədi, xəstələnmədi”.

Onun sözlərinə görə, şəkil çəkilən gün kənddə qarın hündürlüyü 50-60 sm olub:

“Həmin gün dayanmadan qar yağırdı. Gəlini də gətirməli idik. Bir az qorxduq, düzü. Zarafat deyil, o havada hündür yollara qalxmaq asan deyil. Amma indi hər şey yaxşıdır. Bütün subaylara sevdikləri xanımla ailə qurmağı arzulayıram”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu