fbpx

Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı artdı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Karaqandada (Qazaxıstan), Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

BEY.AZ Tass-a istinadən xəbər verir ki, qəza nəticəsində 23 şaxtaçı yerin altında qalıb. Bu barədə müəssisənin sahibi olan “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb. Bundan əvvəl fövqəladə vəziyyət nəticəsində 20 nəfərin öldüyü bildirilirdi.

“252 mədənçidən 208-i səthə çıxarılıb, onlardan 18-i həkimə müraciət edib. 23 şaxtaçı mədəndə qalıb. 21 şaxtaçının cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam edir”, – məlumatda deyilir.

Qeyd edək ki, qəzadan sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə respublikanın dağ-mədən-metallurgiya sektorunun ən böyük müəssisəsi olan və “Arcelormittal” transmilli metallurgiya qrupuna daxil olan “Arcelormittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb. Öz növbəsində Qazaxıstan hökuməti “Arcelormittal Temirtau” ASC-nin səhmdarları ilə ilkin razılıq əldə edib, hazırda müəssisənin mülkiyyət hüququnun dövlətin xeyrinə verilməsi üçün sövdələşmə yekunlaşmaq üzrədir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qazaxıstanda #mədən #qəzası #Ölənlərin #sayı #artdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu