fbpx

Qız səsi ilə danışan tiktoker bu səbəbə görə həbs edildi


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs məsuliyyətə cəlb edilib.

BEY.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, internetdə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb.

Bu səbəbdən onun haqda İnzibati Xətalar Məcəlləsinin 388-1.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilib, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Adıçəkilən gənc əsasən TikTokda açdığı canlı yayımlarda qız səsi ilə danışaraq müxtəlif şəxslərə zəng edib. Onun bu əməli isə istifadəçilərin hissləri ilə oynamaq kimi qiymətləndirilib.

Məhkəmənin qərarı ilə M.Mirələmzadə 1 aylıq inzibati qaydada həbs edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu