fbpx
Xəbərlər

Qurban Qurbanovdan oğlunun transfer xəbərləri barədə açıqlama

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşanın “Poqon” klubunun oğlu Musa Qurbanlı ilə maraqlandığını təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

Lakin o, hələlik kluba rəsmi təklif gəlmədiyini bildirib: “Tam ciddi nəsə olarsa, fikir bildirə bilərik. Belə qərarlarda çox ehtiyatlı və həssas olmalıyıq. Bəzən təklif gəlib deyə futbolçumuzu Avropaya göndərməklə, onu “yandıra” bilərik. Odur ki, çox götür-qoy etməliyik. Təklif gəldikdən sonra müzakirə etmək olar ki, Musanın qalması və ya getməsi nə vəd edə bilər. Bu isə gələcəyin müzakirə mövzusudur”.

Qeyd edək ki, Polşa mətbuatı “Poqon”un 22 yaşlı hücumçu üçün “Qarabağ”a 350 min avro ödəməyə hazır olduğunu yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qurban #Qurbanovdan #oğlunun #transfer #xəbərləri #barədə #açıqlama

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu