fbpx
Xəbərlər

Raquf Orucovun oğlu üç universitetə qəbul oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu ADA Universitetinin Kompyuter mühəndisliyi ixtisasına qəbul olub.

Metbuat.az xəbər verir ki, bu barədə Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial media hesabında paylaşım edib.

S. Orucova qeyd edib ki, böyük arzusu övladının İstanbul Texniki Universitetində və ya ADA Universitetində təhsil alması idi: “Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisasları üzrə qazandı”.

Qeyd edək ki, N. Orucov Bakı Oksford Məktəbinin məzunudur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Raquf #Orucovun #oğlu #üç #universitetə #qəbul #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu