fbpx

Rentgen müayinəsinə gedərkən diqqətli olun!

BEY.AZ informasiya agentliyi xəbər verir



Fövqəladə Hallar Nazirliyi (FHN) rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə keçirilən tədbirlər zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən xüsusi icazə olmadan həyata keçirildiyi müəyyən edilib. Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agentlik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq mümkündür.








Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rentgen #müayinəsinə #gedərkən #diqqətli #olun

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin