fbpx

​Rusiya mülki şəxslərin kütləvi məzarlıqlarda basdırılmasında ittiham olunur

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya hərbi qüvvələrinin Ukraynanın Mariupol şəhərində mülki şəxslərin kütləvi məzarlıqlarda gizli basdırılmasında ittiham olunub.

Metbuat.az “The Guardian”a istinadən xəbər verir ki, ABŞ-nin peyk çəkilişləri şirkəti “Maxar Technologies” eyni ərazidə kütləvi məzarlıq kimi görünən şəkilləli yayıb. Mariupol şəhər merinin verdiyi açıqlamalara görə isə Rusiya Mariupolda özünün “barbar” hərbi cinayətlərinin sübutlarını gizlədib, atəş nəticəsində həlak olan mülki şəxslərin cəsədlərini yeni kütləvi məzarlığa basdırıb.

Mer Vadim Boyçenko bildirib ki, rus yük maşınları liman şəhərinin küçələrindən cəsədləri toplayıb və onları yaxınlıqdakı Manhuş kəndinə aparıblar. Daha sonra onları qəsəbənin köhnə qəbiristanlığının yanındakı tarlada gizli şəkildə kütləvi məzarlığa atıblar.

Merin hesablamalarına görə, Vladimir Putinin işğalının ilk günlərində Rusiya qüvvələri şəhərə hücum etməyə başlayandan bəri 20 mindən çox Mariupol sakini öldürülüb. O bildirib ki, cəsədlərin çoxu artıq çıxarılıb, bəziləri isə səyyar krematoriyalara atılıb.

Satellite Images Show Mass Graves Outside Mariupol As Russia Attacks




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu