fbpx

Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.

Metbuat.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu