fbpx

Rusiya ukraynalı “millətçilər”in möhkəmləndirilmiş ərazisinin məhv edildiyini açıqlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətində hərbçilərin ukraynalı “millətçilər”in möhkəmləndirilmiş ərazisini aşkar edərək məhv etdiklərini açıqlayıb.

Metbuat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hərbi idarə ukraynalı “millətçilər”in orta məktəb binasınından istifadə etdiyini bildirib: “Onlar qala kimi yaşayış binalarına yaxın ərazidə yerləşən yerli orta məktəbin kərpic binasından istifadə ediblər”.

Məktəbdə minaatan və onun üçün yüzlərlə atış, bir neçə min müxtəlif çaplı patron, qumbaraatan, daşınan zenit-raket kompleksləri və NLAW tank əleyhinə qurğular aşkar edilib. Zirzəmidə onlar istirahət yerləri və təcili tibbi yardım məntəqəsi təchiz edib, həmçinin orada əldəqayırma partlayıcı qurğuların istehsalı ilə məşğul olublar.

Müdafiə Nazirliyinin açıqlamasına görə, binada partlayıcı əşyaların olub-olmaması yoxlanılıb, bütün döyüş sursatı və ələ keçirilən silahlar Donetsk və Luqansk respublikalarının xalq milislərinin bölmələrinə təhvil verilmək üçün çıxarılıb. Əl istehsalı qumbaralar və zədələyici elementləri vint və mismarlardan ibarət digər partlayıcı maddələr hərbi mühəndislər tərəfindən yoxlanılıb, sonra çıxarılaraq məhv edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin