fbpx

​Rusiyalı tanınmış dietoloq-nutrioloq Anastasia Zelenina Bakıda təltif olundu

BEY.AZ informasiya agentliyi xəbər verir


İnsanın sağlamlığı onu qidalanma tərzindən asılıdır. Qidalanma və insanla qidanın qarşılıqlı əlaqəsi proseslərini nutrisiologiya öyrənir. Nutrisiologiya Rusiyada gənc, lakin sürətlə inkişaf edən bir yanaşmadır. Bu sahədə Rusiyanın tanınmış simalarından biri olan Anastasia Zelenina profilaktik tibb və qidalanma klinikası olan “Nutrisol.clinic”in sahibi və baş direktorudur. İşinin peşəkarı dietoloq, qadın sağlamlığı üzrə mentor, qadınlara, gələcək analara həyatın ən vacib və təsirli anlarında dəstək olur.

Anastasia Zelenina 7 il əvvəl ilk dəfə ana olana qədər böyük bir konsaltinq şirkətində hüquqşünas kimi fəaliyyət göstərirdi. Yeni dünyaya gələn övladının problemləri ilə bağlı Amerikada məşhur naturopatik həkim Svetlana Mortensenin məqaləsinə rast gəlir və onun kuratoru olmaq üçün qeydiyyatdan keçir. Bu tanışlıq və övladı ilə bağlı qarşılaşdığı çətinlik, onu bu sahədə təkmilləşməyə vadar edir. Bundan sonra 3 ay ərzində oğlunun xəstəliyinə qalib gəlir.

Beynəlxalq diploma sahib dietoloq qadın sağlamlığı və hamiləlik üzrə mentor Anastasia Zelenina öz klinikasını təsis etmək qərarına gəlir və bu sahədə sağlamlığa profilaktik yanaşma tətbiq edir.

Sahəsi ilə bağlı danışarkən o, qeyd edir:

“Nutrisiologiya yalnız adi pəhriz deyil, o həm də, həyat tərzinin dəyişmə prosesidir”.

Beynəlxalq diplomlu ən güclü profilaktik həkim və mütəxəssisləri komandasına cəlb edən nutrisioloq sağlam həyat üçün eyni zamanda 3 aspekti tarazlaşdırmağın vacib olduğunu vurğulayır: ağıl, ruh və bədən.

Anastasiya Zelelnina 30 oktyabr 2022-ci ildə “Global Health Awards” layihəsində ilin “The Successful Nutritional Therapist” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu