fbpx

Səbinə Əliyeva Müdafiə Nazirliyinin hərbi hissəsinə baş çəkdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səbinə #Əliyeva #Müdafiə #Nazirliyinin #hərbi #hissəsinə #baş #çəkdi

Bir Cevap Yazın

Başa dön tuşu