fbpx

Sabaha olan hava proqnozu açıqlandı: Bakıya qar yağacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 9 yanvar tarixində Bakı və Abşeron yarmadasında arabir qar yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabaha #olan #hava #proqnozu #açıqlandı #Bakıya #qar #yağacaq

Bir Cevap Yazın

Başa dön tuşu