fbpx
Xəbərlər

Sülh müqaviləsi imzalasaq gələcək nəsil bizi bağışlamayacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın istefada olan general-mayoru Levon Stepanyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qəti əleyhinədir.

Metbuat.az xəbər verir ki, Levon Stepanyan Sputnik Ermənistan-a bildirib ki, gələcək nəsillər bunu bağışlamayacaq. İstefada olan general-mayor onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən çıxarılana və təmas xəttindən çəkilənə qədər delimitasiyanı həyata keçirməyə tələsməməlidir.

“Biz sərhəddə etimad mühiti yaratmalıyıq. Bir çox MDB ölkələrində sərhədlər hələ delimitasiya olunmayıb. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində və ya sərhədə yaxın olduğu müddətə qədər sərhədə qoşun yerləşdirməyə davam edəcəyik”, – Stepanyan bildirib.

Stepanyan düşünür ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistan üçün alçaldıcı olacaq. Onun fikrincə, diplomatik münasibətlər qurmaq, sərhəd əməkdaşlığının başlanması və delimitasiya prosesi ilə bağlı normativ akt imzalamaq olar. Amma demarkasiya çox uzaqdır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa və Azərbaycan prezidentlərinin, eləcə də Aİ rəhbərinin iştirakı ilə keçirilən videokörpü zamanı bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini bəyan edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu