fbpx

Sülhməramlılar aid 8 avtomobil aksiya ərazisindən keçərək Xankəndiyə gedib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu dəqiqələrdə Rusiya sülhməramlılarına aid səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçiblər.

Metbuat.az xəbər verir ki, Laçından gələn 5-i yük, 3-ü isə minik avtomobili olmaqla, 8 nəqliyyat vasitəsi Xankəndiyə doğru hərəkət edib. Bir minik avtomobili isə əks tərəfə maneəsiz keçib.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçməsi bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 54 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılar #aid #avtomobil #aksiya #ərazisindən #keçərək #Xankəndiyə #gedib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu