fbpx

Sumqayıtda 17 yaşlı qız itkin düşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Sumqayıtda 17 yaşlı qız itkin düşüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yaşıldərə bağlar massivi ərazisində yaşayan Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: “Onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.
Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.
Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sumqayıtda #yaşlı #qız #itkin #düşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu