fbpx

Suraxanıda sudan qanunsuz istifadə halları aşkar edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Suraxanı rayonunda keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra obyektlərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.

Metbuat.az agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən Ömür marketdə sudan qanunsuz istifadə faktı müəyyən edilib. Obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkar edilib. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Sudan qanunsuz istifadə ilə bağlı oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə – Oba market və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib. Həyata keçirilən nəzarət tədbirləri zamanı Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Aşkar edilmiş bütün qeyri-qanuni birləşmələr əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən kəsilərək ləğv edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Suraxanıda #sudan #qanunsuz #istifadə #halları #aşkar #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu