fbpx

Şuşa Qlobal Media Forumu çox vacibdir

BEY.AZ informasiya agentliyi xəbər verir



Şuşa Qlobal Media Forumu çox vacibdir və vaxtında keçirilib.

Metbuat.az xəbər verir ki, bunu Qırğızıstanın media eksperti Kubanıçbek Taabaldiyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında söyləyib.

“Ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında dediyi kimi, bu forum illik olacaq. Çünki Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ölkənin gələcək potensialını nümayiş etdirmək üçün çox vacibdir”, – Qırğızıstan nümayəndəsi bildirib.

Prezident İlham Əliyevin düzgün siyasi kursla irəlilədiyini deyən ekspert qeyd edib: “İndi bunu artıq bütün dünya etiraf edir və nəticədə bu, Azərbaycanın nüfuzunu dünyada daha da yüksək səviyyəyə qaldıracaq. Gələn il belə bir Forumda, indi gördüyümüz müasir nəticələrə nail olma anından başlayaraq bütün dünyaya Azərbaycanın real uğurlarını göstərəcək bütün kütləvi informasiya vasitələrinin təmsil olunacağına, ola bilsin ki, bundan da geniş tərkibdə görüşəcəyimizə ümid edirəm”.

O bildirib ki, Şuşa ən birinci uğuru nümayiş etdirəcək. Çünki Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bütün dünyaya nümunə olacaq belə bir yüksək səviyyəyə nə dərəcədə çıxa biləcəyini göstərmək üçün bu ərazilərə çox böyük vəsait sərf olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Şuşa #Qlobal #Media #Forumu #çox #vacibdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu