fbpx
Xəbərlər

Təbii sakitləşdirici olan albalının heç bilinməyən faydaları

BEY.AZ informasiya agentliyi xəbər verir


Görünüşü və dadı ilə iştah açan yayın ən dadlı meyvələrindən albalı min bir dərdə dərmandır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, albalının A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngin olduğunu söyləyən prof. dr. Ziya Mocanın fikrincə, təbii sakitləşdirici olaraq bilinən albalı sinir sistemini də gücləndirir. Həmçinin bilinməyən olduqca çox faydası vardır…

– Tərkibindəki A vitamini ilə dərini gözəlləşdirir.

– Uşaqların inkişafında yardımçıdır.

– Qan damarlarının sağlamlığını qoruyur.

– Bədəni toksinlərdən təmizləyir.

– Yüksək pektin maddəsi və həll olunan liflər sayəsində xolesterolu azaltma təsirinə malikdir.

– Fosforla zəngin albalı sinir sistemini gücləndirir.

– Sakitləşdirici xüsusiyyətə malikdir.

– Müntəzəm albalı yeyilməsi Alzheimer xəstəliyinə qarşı da təsirlidir.

– Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı qoruyucudur.

– Hər gün bir ovuc albalı yeyin.

– Albalının tərkibindəki flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.

– Podaqra və revmatoid artrit xəstəliyi olanların albalı yeməsi ağrılarını azalda bilər.

– Albalının sapları sidikqovucudur.

Lakin hər şeyin ifratı zərər olduğu kimi, albalının da yeyilməsində dozasına diqqət edilməli, xroniki xəstəlikləri olanlar yeməməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təbii #sakitləşdirici #olan #albalının #heç #bilinməyən #faydaları

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu