fbpx

Türkiyəli atletlər ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyiblər

BEY.AZ informasiya agentliyi xəbər verir


İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli atletlər ölkəmizdə növbəti tədbirə qatılıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, qonaqlar 28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatını tribunadan izləyiblər.

Onlar tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb, böyük dəstək alıblar. Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar təşkilatçılıqdan məmnunluq bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər.

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.

Sonda Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Türkiyə Ağır Atletika Federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyəli #atletlər #ağırlıqqaldırma #üzrə #Azərbaycan #çempionatını #izləyiblər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu