fbpx

Ukraynada rus hərbçilər təslim olmaq üçün ağ bayraq QALDIRDILAR – VİDEO

Sentyabrın 1-də sosial şəbəkədə rusların Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə təslim olmasını əks etdirən video yayılıb.

BEY.AZ Ukrayna mediasına istinadla xəbər verir ki, videoda səsi eşidilənlərin dediklərinə görə, “rus hərbçilər ağ bayraq yelləyir”.

Hərbçilər bunun Rusiya ordusunun tələsi olub-olmaması barədə tərəddüd edir. Ancaq məsləhətləşdikdən və düşmənin mövqelərini diqqətlə araşdırdıqdan sonra məlum olur ki, rus əsgərlərii həqiqətən də “ağ bayraq” qaldırıb və təslim olmaq istədiyini bildirirlər.

Hadisə Xerson vilayətində Pravdino kəndi yaxınlığında baş verib. Pravdino kəndi Xersondan Nikolayevin yarısında “boz zonada” yerləşir.

Maraqlıdır ki, rus əsgərlərin yaxınlığında hərbi texnika olmayıb. Ola bilsin ki, komandanlıq şəxsi heyəti tərk edib, ona görə də əsgərlər təslim olmaq qərarına gəliblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu