fbpx
Xəbərlər

​“WhatsApp”da 3 yeni funksiya – Bu halda xəbərdarlıq alacaqsınız

BEY.AZ informasiya agentliyi xəbər verir


“WhatsApp”da məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirmək üçün üç yeni funksiya əlavə olunacaq.

Metbuat.az xəbər verir ki, mesencerin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacağını açıqlayıb. Şirkətdən bildiriblər ki, “WhatsApp” hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.

“Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, – deyə mesencerin administrasiyasından bildirilir.

Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir – bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin “WhatsApp”da “Şifrələmə” bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#WhatsAppda #yeni #funksiya #halda #xəbərdarlıq #alacaqsınız

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu