fbpx

Xırdalanda yaşayış binasında güclü partlayış baş verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu gün Xırdalanda partlayış baş verib.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan – 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan – 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan – 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

22:18

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

21:37

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, AAAF parkda yanğın olması barədə “112” qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

21:31

Xırdalanda yaşayış binasında partlayış olub.

Metbuat.az xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu