fbpx

Zal nəzarətçisi olmaq istəyənlər üçün müsahibə başlayıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət etmiş şəxslərə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsahibə mərhələsində namizədin tələblərə uyğunluğu yoxlanılır və psixometrik test imtahanına cəlb edilir.

Psixometrik test imtahanında namizədin idarəetmə lokusu, emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülür.

Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir. Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

– Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);

– Şəxsiyyət vəsiqəsi;

– Təhsil haqqında sənəd (diplom);

– İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən arayış tələb olunmur. İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbərləri tərəfindən imzalanır);

– Məhkumluq barədə arayış;

– Dövlət qulluğu sertifikatı (namizədlərin dövlət qulluğu sertifikatının olub-olmaması elektron formada Müsahibə Komissiyası tərəfindən yoxlanılır).

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

Namizəd müsahibədən dərhal sonra psixometrik test imtahanına cəlb edilir. Müsahibə və psixometrik testin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Müsahibə və psixometrik testdən uğurla keçən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.

Məlumata görə, indiyə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən 2628 nəfər müraciət edib, onlardan 2228 nəfər müraciətini təsdiq edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Zal #nəzarətçisi #olmaq #istəyənlər #üçün #müsahibə #başlayıb

Bir Cevap Yazın

Başa dön tuşu