fbpx

Zaur Mirzəyevi hansı cəza gözləyir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev tutulub.

Metbuat.az xəbər verir ki, vəkil Anaq Qasımlı Qaynarinfo-ya bildirib ki, Zaur Mirzəyevin göstərilən maddələr üzrə təqsiri sübuta yetirlərsə ona 8 ildən artıq cəza verilə bilməz:

“Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin məcmusunu yaradır. Cinayətlərin məcmusu Cinayət Məcəlləsinin 17-ci maddəsi ilə şamil olunur. Orada qeyd edilib ki, təqsirləndirilən şəxs iki və ya daha çox cinayət törədilibsə, heç birinə görə məhkum olunmayıbsa, qanunla nəzərdə tutulmuş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməyibsə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməyibsə, bu, cinayətlərin məcmusunu yaradır. Cinayətlərin məcmusu üzrə cəza təyin edərkən məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edir və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və yaxud təyin olunmuş cəzaları tamamilə, yaxud qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Cinayətlərin məcmusuna böyük ictimai təhlükə yaratmayan və az ağır cinayətlər daxildirsə, burada az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Bu baxımdan, Zaur Mirəzyevə 8 ildən artıq cəza verilə bilməz”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu