fbpx

Zelenski “Grammy” mərasimində xalqı üçün dəstək istədi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Prezidenti Vladimir Zelenski “Grammy” mükafat mərasimində Rusiyanın hərbi hücumlarından əziyyət çəkən xalqı üçün dəstək istəyib.

Metbuat.az xəbər verir ki, Prezident müharibənin Ukrayna xalqının, xüsusən də uşaqların xəyallarını və həyatını söndürdüyünü, müğənnilərin hazırda Rusiya qüvvələrinə qarşı vuruşduğunu deyib:

“Səssizliyi musiqi ilə doldurun. Bu gün real həyatımızı danışaraq sükutu doldurun. Sosial şəbəkələrdə, televiziyada müharibə haqqında həqiqəti söyləyin, bacardığınız qədər bizə dəstək olun, amma susmayın. Bu, şəhərlərimizə sülh gətirəcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Grammy” mərasimindən əvvəl Ukrayna xalqı üçün ianə toplamaq və humanitar yardım göstərmək üçün sosial mediada “Ukrayna üçün ayağa qalx” adlı kampaniyaya başlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu