fbpx

Zelenski NATO-nun sammitinə dəvət olunacaq

BEY.AZ informasiya agentliyi xəbər verir

Zelenski NATO-nun sammitinə dəvət olunacaqVolodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı EFE agentliyi məlumat yayıb.

İspaniya hökumətinin NATO və digər qurumlarla koordinasiyada sammitə hazırlığı yekunlaşdırdığı bildirilir. Agentliyin məlumatına görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna Prezidentinə görüşdə iştirak etmək üçün dəvət göndəriləcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının – nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir: NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiya da gözlənilir. Sammitdə Avropa qurumlarının rəhbərləri də iştirak edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu