fbpx

Zelenskinin geyimi ilə bağlı maraqlı fakt: Görün qiyməti neçəyədir

BEY.AZ informasiya agentliyi xəbər verir


O, kostyumunu və köynəyini sviter və rahat hərbi üslublu şalvarla dəyişib. Söhbət Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı hətta geyim tərzi ilə Ukrayna xalqı ilə birliyini nümayiş etdirən Prezident Vladimir Zelenskidən gedir.

Metbuat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bəzi ekspertlər bir mühüm məqamı qeyd edirlər – Ukrayna dövlətinin başçısı ordunun formasını geyinmir.

Ukrayna mediası dövlət başçısının qarderobu və başlanan müharibədən sonra dəyişən üslubunu araşdırıb.

Rus ordusunun Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra ukraynalılara ilk müraciətləri zamanı Zelenski xaki rəngli köynəkdə görünüb. Və o andan etibarən hərbi geyimlər prezidentin əsas iş geyimi olub.

Zelenskinin geyindiyi brendlər 5.11, Hallyard, 281.z markalarının köynəkləridir və onların qiyməti orta hesabla 400-600 qrivnadır-35 manat.

Bundan əlavə, Ukrayna prezidenti Ukraynanın “M-Tac” brendinin xaki yunlu sviterləri və hərbi üslublu şalvar geyinir. Ukrayna dövlət başçısının ayaqqabılarına gəlincə, onlar da ucuzdur. Məsələn, şəbəkə istifadəçiləri onun Buçaya Saucony idman ayaqqabısının 50 dollara olduğunu bildirirlər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu