Xəbərlər

Xızı sakinindən silah-sursat aşkar edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xızıda rayon sakinində “Kalaşnikov” markalı avtomat aşkarlanıb.

Bu barədə bey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, iki ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu